Düz bağırsaq xərçəngi yoğun bağırsağın distal şöbəsinin epitel mənşəli bədxassəli şişidir. Patologiya nəcis kütlələrində selik və qan qarışığı, düz bağırsaq qanaxmaları, oma və  aralıq nahiyəsində ağrılar, zəiflik, arıqlama, anemiya ilə təzahür edir.
Medicina.az xəbər verir ki, mədə-bağırsaq traktının bədxassəli törəmələrinin 45%-i düz bağırsaq xərçənginin payına düşür. Kişilərdə bu xəstəliyə 1,5 dəfə çox rast gəlinir. Düz bağırsaq  xərçənginin yaranma ehtimalı yaşla düz mütənasibdir. 40 yaşından yuxarı  şəxslər risk qrupuna daxildir. Bu da düz bağırsağın epitel  hüceyrələrində yaşla əlaqədar baş verən dəyişikliklərlə izah olunur. Düz  bağırsaq müayinə baxımından rahat nahiyədə yerləşsə də onun xərçəngi  adətən gecikmiş mərhələlərdə aşkarlanır, belə hallarda radikal müalicə  üsulları az effektiv olur. Xəstələrin 5 illik sağqalma ehtimalının  40-60% təşkil etməsi bu problemin aktuallığını daha da artırır.
  
Düz bağırsağın xərçənginin yaranma səbəbləri
Düz bağırsaq xərçənginin inkişafı ilə qidalanma xüsusiyyətləri arasındaasılılıq müəyyən edilmişdir. Xəstəlik adətən yağların üstünlük, sellülozanın isə azlıq təşkil etdiyi qidalara üstünlük verən şəxslərdə
 aşkarlanır. 
Ət məhsullarından çox istifadə olunması yoğun bağırsaq  xərçənginə şərait yaradır. Bədxassəli şişlərin inkişaf riskini artıran  amillərə yoğun bağırsağın xroniki iltihabi xəstəlikləri, qeyri-spesikik xoralı kilit, kron xəstəliyi, aiddir. Metabolik xəstəliklər (şəkərli diabet, metabolik sindrom, piylənmə) də kanserogen faktorlar sırasına daxildir.
Əlamətləri
Düz bağırsaq xərçənginin erkən mərhələləri adətən simptomsuz gedir, bu da bədxassəli prosesin vaxtında aşkarlanmasını çətinləşdirir. Şiş inkişaf etdikcə müxtəlif əlamətlərlə özünü büruzə verir. 
Xəstəliyin  ən çox rast gəlinən təzahürlərinə qəbizlik və  ya ishal, bağırsaq keçməməzliyi, anal dəlikdən qanaxmalar, naməlum etiologiyalı anemiya, qarnın aşağı  hissəsində ağrı, "lentşəkilli"(«karandaşabənzər») nəcis aiddir.
Onkoloji proses inkişaf etdikcə  iştahsızlıq,  ümumi halsızlıq, əzginlik, arıqlama halları  artır.
Müalicəsi
Düz bağırsaq xərçənginin əsas müalicə üsulu şişin, qonşu toxumalar və  limfa düyünlərinin cərrahi yolla kəsilib götürülməsindən ibarətdir.   Müalicə taktikası xəstəliyin mərhələsi, şişin ölçüsü, limfa  düyünlərinin, digər toxuma və orqanların metastatik zədələnmə  dərəcəsindən asılıdır. Şişin ətraf toxumaların dərin qatlarına yayılması, çoxsaylı
metastazların olması  əməliyyata göstəriş sayılır. Bu müalicə  üsulu bağırsaq mənfəzinin açılması və xəstənin vəziyyətinin   yaxşılaşdırılması üçün şişin xaric edilməsindən ibarətdir.
 Gecikmiş mərhələlərdə sağalma mümkün deyil. Əksər hallarda  bədxassəli hüceyrələrin yayılmasını ləngitmək
məqsədilə şişin cərrahi müalicəsi kimya və ya radio-şüa terapiyası ilə  birgə aparılır.
Kimyaterapevtik müalicə xərçəng hüceyrələrinin böyüməsini zəiflədən
dərman preparatları ilə icra olunur. Təəssüflə qeyd etmək lazımdır ki,
kimyaterapiyada istifadə olunan sitotoksik preparatlar xərçəng
hüceyrələrinə yüksək spesifikliyə malik deyil. Belə müalicənin yan
təsirləri çoxdur. Lakin düz bağırsaq xərçəngi vaxtında aşkarlandıqda
cərrahi müalicə ilə kimyaterapiyanın müştərəkliyi müsbət effekt verir,
xəstəliyin residiv riskini əhəmiyyətli dərəcədə azaltmaqla pasiyentlərin
sağalma ehtimalını yüksəldir.
Düz və yoğun bağırsağın xərçəngində şüa terapiyası bəzən şişin
cərrahi yolla xaric edilməsindən sonra residivlərin profilaktikası,
eləcə də törəmələrin ölçülərinin kiçildilməsi və simptomatikanın
yüngülləşdirilməsi məqsədilə tətbiq olunur.