Duzdan tam imtina orqanizmə bədbəxtlik gətirir – Həkim

  • 2022.03.02 17:12
  • 2446 Baxış
Duzdan tam imtina orqanizmə bədbəxtlik gətirir    –  Həkim


Duzdan tam 100% imtina etmək insan səhhətində ağır və geridönməz neqativ dəyişikliklər yarada bilər.


Medicina.az xəbər verir ki, rusiyalı həkim Alena Stepanova duzun əslində normal miqdarda lazım olduğunu bildirib.


ÜST tövsiyəsinə görə, hər bir insan sutkada 5 qram duz qəbul etməlidir.


Bəzi mənbələrdə bu 6 qram da göstərilib.
Duz ürək və beyinin işi, su-duz mübadiləsi üçün vacibdir.

Duzda olan natriy ionlarının sayəsində ürək toxuması, əzələsi hərəkət edir, eləcə də sinir impulsları ötürülür.
Duzdan tam imtina etmək ürəyin işini pozur, yorğunluq, zəiflik, sinir-əzələ pozulmalarına səbəb olur


Bəzi xəstəliklər var ki,bu xəstələrdə duzun mənimsənilməsi pozulur və ödem baş verir.

Bunlar:

- Qlaukoma
- Vərəm
- Yüksək təzyiq
- Böyrək çatışmazlığıdır


Bu halda duzun miqdarı və qəbulu qaydası həkimlə araşdırılmalıdır. Bu xəstələrdə sutkalıq norma 2-3 qrama endirilə bilər.
Amma heç bir halda duzdan imtina etmək olmaz.


MEDİCİNA.AZ