Duzlu qidalar, şoraba xərçəng yarada bilər - Onkoloq

  • 2022.10.26 13:50
  • 1362 Baxış
Duzlu qidalar, şoraba xərçəng yarada bilər  - Onkoloq
Duzlu qidalardan çox istifadə etmək xərçəngin əmələ gəlməsində tətikləyici faktor ola bilər.

"Medicina" xəbər verir ki, onkoloq Andrey Orlov duzlu qidaların da siyahıda olduğunu qeyd edib.

"Bir neçə qrup qidalar var ki, onkoloji xəstəliklərin inkişafını təmin edir.

Ayrılıqda bu qidalar xərçəng yaratmır, burda söhbət sui-istifadədən, gündəlik, mütəmadi və çox yeməkdən gedir.

Bu qrup qidalar siyahısında:

- Yüksək duzlu qidalar, duz özü, şoraba
- Heyvani yağlarla zəngin, doymuş qidalar
- Hisə verilmiş və konservləşdirilmiş
- Dərin termiki işlənmədən keçən - hazır qidalar

İnsan balanslaşdırılmış rasionda qidalanırsa, arada bəzən bu qidalardan yemək təhlükə yaratmır.

Aygün Musayeva