Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ebola qurbanlarının sayı 1,2 mini keçdi - 101 NƏFƏRİ TİBB İŞÇİSİDİR

  • 2019.05.20 09:20
  • 4515 Baxış
Ebola qurbanlarının sayı 1,2 mini keçdi  - 101 NƏFƏRİ TİBB İŞÇİSİDİR





Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından Ebola virusundan ölənlərin sayı 1200-ü keçib.


Medicina.az-ın
məlumatına görə, bu barədə Konqo Demokrtik Respublikasının Səhiyyə nazirliyi öz "Twitter" səhifəsində bildirib. Daha əvvəl 1105 nəfərin öldüyü bildirilirdi.


Məlumatda deyilir: "Bazar günü, 2019-cu il mayın 19-u üçün vəziyyət: 1816 yoluxma halı - 1728 təsdiq edilib, 88 mümkün, 1209 nəfər ölüb və 482 nəfər sağalıb".


Bundan əlavə KİV-lərin məlumatına əsasən, Konqo Demokrtik Respublikasında Ebola virusuna 101 tibb işçisi yoluxub.