Əhalinin 79%-i xəstəliyə yoluxmamaq üçün antibiotiklər içib - Hande Harmancı

  • 2021.11.20 15:44
  • 1009 Baxış
Əhalinin 79%-i xəstəliyə yoluxmamaq üçün antibiotiklər içib -  Hande Harmancı
"Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, Avropa regionunun antibiotiklərin yayılması ilə bağlı riskli region olduğu müəyyən olunub".

Medicina.az bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı "COVID-19: Erkən və gecikmiş fəsadlar" adlı beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, pandemiya dövründə vəziyyət daha da pisləşib:

"Antibiotiklər koronavirus xəstəliyinin qarşını almasa da, Avropada bu dövrdə bu dərmanlardan istifafadə geniş hal alıb. 9 regionda aparılan araşdırmalardan məlum olub ki, əhalinin 79-96 faizi bu dərmanları sadəcə xəstəliyə yoluxmamaq üçün istifadə edib. Həmin insanlar heç koronavirusa yoluxmayıb".