Əhəd Abıyevdən qardaşının ölüm xəbərinə reaksiya - Yenilənib

  • 2026.01.29 10:04
  • 124 Baxış
Əhəd Abıyevdən qardaşının ölüm xəbərinə reaksiya -  Yenilənib

Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevə ağır itki üz verib.

Medicina.az Ajans.az-a istinadla xəbər verir ki, onun qardaşı Nadir Abıyev vəfat edib. N.Abıyevin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, N. Abıyev uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

***
10:57


Əhəd Abıyev "Unikal"a açıqlamasında bildirib ki, qardaşı dünyasını dəyişməyib:

"Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyəyə aparmışdıq. Təxminən bir ay orada müalicə aldı.

Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib", - deyə o əlavə edib.