"Ehtiras anatomiyası" serialına baxan qız diaqnozunu tapdı

  • 07 İyl 2022 16:30
  • 753 Baxış
"Ehtiras anatomiyası" serialına baxan qız diaqnozunu tapdı

22 yaşlı israilli qız Emili Levi uzun illərdir ona əziyyət verən nadir xəstəliyinin diaqnozunu özü təsadüfən tapıb.


Bakupost.az xəbər verir ki, 12 yaşından bilək, dirsək, çiyin ağrısından əziyyət çəkən qızın sonradan çiyin, çənə, bud, bilək sümüklərində tez-tez çıxıqlar baş verməyə başlayır.

Həkimlərə getsə də onun diaqnozunu qoya bilmirdilər.

Lakin məşhur "Ehtirasın anatomiyası" serialına baxarkən, 13-cü sezonda bir epizodda qız həkimlərin eyni simpromları olan xəstəyə diaqnoz qoyduğunu görür.

O, anlayır ki, onda da Elers sindromu-nadir genetik xəstəlik ola bilər.

Bu sindrom zamanı xəstənin oynaqları çox yumşaq, hərəkətli, dərisi isə çox elastik olur.

Serialda qəhrəmanlardan birini də adi hərəkətdən tez-tez oynaq çıxıqları narahat edirdi.

2019-cu ildə Leviyə nadir irsi genetik xəstəlik diaqnozu qoyulur.

2020-ci ildə avtomobil qəzasına düşən Emili sürüşkən qanbırğa sindromundan da əziyyət çəkməyə başlayıb.

Səhhətindəki problemlər qızı həkim olmağa ruhlandırır. O, dostu cərrahla İsraildə klinika açıb.



Aygün Musayeva
BakuPost