Ekvadorda koronavirusdan ölənlərin cəsədləri evlərin qarşısına qoyulur

  • 2020.04.04 10:19
  • 3201 Baxış
Ekvadorda koronavirusdan ölənlərin cəsədləri evlərin qarşısına qoyulur
Ekvadorda polis koronavirusdan ölənlərin cəsədlərini evlərinin qarşısına qoymağa başlayıb.

Ölkə prezidenti Lenin Moreno isə yeni koronavirusun yaratdığı böhranın şiddətinin minimuma endirilməsi üçün ÜST-ə müraciət edib.

“Bütün ölkələrə nisbətən koronavirusdan daha çox ölüm var və onların dəfn olunmaları üçün saatlarla mübarizə aparılır, lakin ölkənin səhiyyə sisteminin çökməsi səbəbindən buna nail olmaq mümkün deyil. Xüsusilə Guayaquildə vəziyyət çox gərgindir. Küçələrdə onlarla cəsəd yığılıb qalır. Bəzi hallarda məhkəmə xidmətlərinin imkanlarının olmaması bəzən də cənazə xidmətlərinin COVİD-19 qurbanlarının dəfnini rədd edib bağlanma səbəbinə görə şəhərdə kritik vəziyyət yaranıb”.

Səhiyyə rəsmiləri isə meyitxanalarda yer olmadığı üçün Milli Polisin evlərin önünə qoyduqları 300-ə yaxın insanın cəsədlərini topladıqlarını söyləyib.