Əlcəzairin keçmiş prezidenti Əl-Yəmin Zərval 84 yaşında dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, o, uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi və hərbi xəstəxanada müalicə alırdı. Zərval müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, Əl-Yəmin Zərval 1994–1999-cu illərdə Əlcəzairə rəhbərlik edib.