Elə bil Hindistandır...- Aparıcılar Yeni Klinikadakı növbəni tənqid etdi

  • 2025.12.01 15:47
  • 83 Baxış
Elə bil Hindistandır... - Aparıcılar Yeni Klinikadakı növbəni tənqid etdi


ARB TV "Günə doğru" proqramında "Yeni klinika"dakı növbə ilə bağlı süjet hazırlanıb.

Medicina.az xəbər verir ki, Yeni klinikaya hər yerdən insanlar gəlir, onlayn növbə sistemi bu klinikayadır, göndərişlər də bura olur. İnsanlar gecə 2-dən növbə tutmaq üçün klinikanın qarşısına yığışdıqlarını bildiriblər.

Pasientlər bildirib ki, uzun növbədən sonra bəzən həkim növbəsinə yazıla bilirlər, bəzən isə növbə çatmır və geri qayıdırlar.

Proqramın aparıcısı Sevda Rəsulqızı süjetə fikir bildirib.

"Bir tədbir görülməlidir, elə bil Hindistandır. Heç kim kefindən ora gəlmir. . İnsanın dərdinin üstünə dərd gəlir. 2025-ci ildə biz bunu niyə tənzimləyə bilmirik? Kimdir bunları ora göndərən? Orada gözləyənlərin məsuliyyətini daşımırıq nə deməkdir?".

Digər aparıcı Rahil Səyyadoğlu isə "Növbə çoxdur, aparat sayı azdır, çoxaltsınlar. Göndəriş ora olduğu üçün insanlar da ora yığılırlar".


Klinikanın əməkdaşı Nərmin Kazımova isə "Klinikada qəbul saat 9-dan başlayır. Qeydiyyat prosesi isə saat 08:00-dan etibarən həyata keçirilir. Onlar qeydiyyata görə klinikanın qarşısına erkən saatlarda gələn insanlardır" deyə açıqlama verib.

Medicina.az