“Elə bilirdim yanımdakılar kimi mən də öləcəm" – Koronavirusa yoluxmuş həkim

  • 2020.05.11 17:50
  • 3028 Baxış
“Elə bilirdim yanımdakılar kimi mən də öləcəm"     – Koronavirusa yoluxmuş həkim


58 yaşlı uroloq həkim Antuan Sassin iş yerində koronavirusa yoluxub və vəzyyəti çox ağırlaşdığından süni komaya salınaraq müalicə edilib.

Medicina.az xəbər verir ki, uzun müddətdən sonra sağalan həkim koronavirus barədə bunları deyib:

“Mən xəstələnməzdən öncə də doğlamalarımın ölümünü görmüşdüm. Elə bilirdim, heç vaxt ayılmayacam.

İlk dəfə məni komadan məni oyadıb adımı çağıranda gözlərimi açıb dostlarımın üzünü görəndə keçirdiyim hisslər sözlə ifadə edilə bilməz. Bu dünyaya doğuluş, qayıdış çox möhtəşəmdir. İndi mən sağalmışam, evə gedirəm.

Daha heç kimi yoluxdura bilmərəm.Amma 14 gün də evdə qalacam”.