Elektron siqaretlər kişilərdə bu xəstəliyi yaradır - XƏBƏRDARLIQ

  • 2022.03.05 15:01
  • 1659 Baxış
Elektron siqaretlər kişilərdə bu xəstəliyi yaradır   - XƏBƏRDARLIQ

Elektron siqaretlər – veyp II tip şəkərli diabet yarada bilər.


Bakupost xəbər verir ki, ABŞ-ın Con Hopkins universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qənaətə gəliblər.


Onlar 600 mindən çox insanın tibbi məlumatlarını təhlil ediblər. Onların 10%-i aktiv olaraq elektron siqaretlərdən istifadə etdiyini bildirib.


Elektron siqaret çəkənlərin artıq yarısında preddiabet- şəkər önü vəziyyət müşahidə edilib.

Ümumilikdə veyp çəkənlərin diabet olma ehtimalı 1,60% çoxdur, nəinki adi siqaret çəkənlər.

Eləcə də elektron siqaret aludəçilərində digər fiziki və mental sağlamlıq problemləri də müşahidə olunur.


Alimlər elektron siqaretləri çəkməməyə çağırır.