Ələtdəki qəzada yaralananların vəziyyəti açıqlandı

  • 2022.08.08 11:54
  • 2279 Baxış
Ələtdəki qəzada  yaralananların vəziyyəti açıqlandı
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb. Yaralı şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.


Mərkəzdən Bakupost.az -a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.


Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.


Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.