“Əli, ağzı və burnu olan hər kəs yoluxacaq” - Azərbaycanlı nevroloq

  • 2020.04.10 19:33
  • 8462 Baxış
“Əli, ağzı və burnu olan hər kəs  yoluxacaq”  -   Azərbaycanlı nevroloq

"Koronavirusa insanların 100%-i yoluxacaq"

Medicina.az xəbər verir ki, Avropa Nevrologiya Akademiyasının üzvü həkim Qalib Əsədov hesab edir ki, görülən bütün tədbirlərə baxmayaraq, virusu dəf etmək mümkün olmayacaq.

Həkimin yoluxma ilə bağlı proqnozunu təqdim edirik:

- 25% insan virusa yoluxduğunu heç bilməyəcək, ayaqüstə keçirəcək. Orqanizmdə hansı hadisələrin cərəyan etdiyindən xəbərləri belə olmayacaq.

- 35% insanda yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaq.

- 20% insanda ağır əlamətlər olacaq. Hərarət yüksək rəqəmlərə çatacaq. Hospitalizasiyaya ehtiyac yaranacaq. Amma sağalacaq.

- 15% insanda ciddi tənəffüs problemləri başlayacaq. Süni tənəffüs aparatına qoşulmağa ehtiyac yaranacaq və güclü müalicələr, tibbi müdaxilələr olarsa yaşayacaq

- 5% insan dünyasını dəyişəcək.