Elmi Tədqiqat Bərpa İnstitutunun saytında işləməyən nömrələr kimin üçündür?

  • 2026.05.08 15:46
  • 880 Baxış
Elmi Tədqiqat Bərpa İnstitutunun saytında işləməyən nömrələr    kimin üçündür?


Azərbaycanda bir sıra dövlət qurumlarının, eləcə də səhiyyə institutları və mərkəzlərinin rəsmi veb səhifələrində, sosial şəbəkələrində, internet səhifələrində qeyd olunan nömrələri əksər hallarda yanlış və ya təyin olunmur.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyi tabeliyində olan Tibbi Bərpa İnstitutunun rəsmi saytında qeyd olunan +994 12 496 07 40 əlaqə nömrəsi təyin olunmur. Eləcə də bu institutun digər mənbələrdə olan telefon nömrələri aktiv deyil. Məsələn instagram səhifəsində qeyd olunan (012) 496-07-40 nömrəsi də təyin olunmayıb.


Maraqlıdır, rəsmi qurumlar bu nömrələri axtarış sisteminə hansı məqsədlə yazır, niyə cəmi bir nömrə işləsə belə heç kim götürmür.

Minlərlə manat vəsait xərclənərək portal veb sayt hazırladıqdan sonra bir düzgün informasiyanın olmaması kimə lazımdır?

Aygün Musayeva