Əməkdar artistin vəziyyəti yenidən ağırlaşdı

  • 2025.10.30 15:21
  • 79 Baxış
Əməkdar artistin vəziyyəti yenidən ağırlaşdı



"Atamın boğazında şişlər olduğuna görə, nəfəsalmada problem yaşayır. Həkimlər qırtlaqdan aşağıda aparat qoşdular və süni tənəffüs aparatından qismən ayırmağa çalışdılar, amma hələ ona hazır deyil. Vərdiş etməsi üçün vaxt lazımdır".

Medicina.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.


O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:

"Həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti ağırdır. İki dəfə qanı yuyuldu, böyrəyi təmizləndi. Amma bədən müqavimət göstərə bilmir, vəziyyəti dəyişmir. Gözünü hərdən açır, sonra yumur".


MEDİCİNA.AZ