Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əməkdar jurnalist xəstəxanadan çıxarılıb - Vəziyyəti necədir?

  • 2024.01.29 15:22
  • 1046 Baxış
Əməkdar jurnalist xəstəxanadan çıxarılıb   - Vəziyyəti necədir?

Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadənin (Orxan) vəziyyəti ağırlaşıb.


Bir müddət öncə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilən jurnalisti artıq evinə gətiriblər.

“Atam hazırda evdədir, vəziyyəti çox ağırdır, həkimlər ümidverici söz demirlər”, - deyə Rəhman Orxanın oğlu söyləyib.

Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.