Əməliyyat olacaqdı, şiş yoxa çıxdı- Əli Mirəliev

  • 2024.02.13 15:07
  • 919 Baxış
Əməliyyat olacaqdı, şiş yoxa çıxdı - Əli Mirəliev
Xəstəxanaya yerləşdirilən Əli Mirəliyevin diaqnozu hələ də məlum deyil.

"Medicina" xəbər verir ki, vəziyyəti ağır olan, əməliyyat olunacağı deyilən sənətçi "Elgizlə izlə" veriılişinə çıxıb, başına gələnlərlə bağlı danışıb.


"Evdə tək idim, yemək istəyirdim. Balıq yedim. Xanım demişdi ki, qabığını soyarsan. Mən də qabıqlı yedim. Bədənim ağrıyır, danışmıram, dözürəm. Təzyiqim qalxıb 200-ə.

Səhər getdim həkimə. Dedilər ki, vəziyyətin pisdir. Gəldim evə, iki gün sistem köçürtdülər. Sonra ağrı kəsmədi və xəstəxanaya yerləşdirildim.

Həkimlər guya deyiblər ki, səndə şişdir. Əməliyyata bir neçə saat qalmış möcüzə baş verib. Şiş də yox olub, sağalıb"

Aygün Musayeva