Əməliyyatsız, qısa müddətə bədən şəkilləndirmə - Kosmetoloq - VİDEO

  • 09 Apr 2021 18:51
  • 5364 Baxış
Əməliyyatsız, qısa müddətə bədən şəkilləndirmə  - Kosmetoloq -  VİDEO


Tibbi kosmetologiya durmadan inkişaf edir və indi əməliyyatsız, ağrısız, iynəsiz, kəsiksiz sadəcə müasir aparatda kosmetoloji prosedurla arıqlamaq, bədən şəkilləndirmək mümkündür.

Medicina.az xəbər verir ki, kosmetoloq Həcər Hüseynova yeni G5 aparatı vasitəsilə bədəni formaya salmağın üstünlüklərindən danışıb.

“Vibro G5 aparatında xüsusi titrəşim vibrasiyanın təsiri nəticəsində dərialtı piy qatına təzyiq olunur, piylər parçalanır. Bu aparat vasitəsilə qarın, ayaqlar, bel, kürək, bud, qollarda bölgəsəl arıqlama, incəlmə, piylərdən azad olmaq mümkündür.
Dərı sıxlaşır, əzələlər möhkəmlənir, bədən istədiyiniz formada şəkillənir, sellülit aradan qalxır.

Prosedurdan sonra piylərin bədəndən çıxması üçün çox hərəkət etməli və bol su içilməlidir”.

Prosedurun müddəti, seansları, əlavə təsirləri barədə həkim kosmetoloqun ətraflı videomaterialını izləyə bilərsiniz:

Kosmetoloq Həcər Hüseynova
İnstagram: dr_hecer_kosmetoloq