Ən çox yoluxma yenə Binəqədidədir

  • 2021.05.05 10:04
  • 1387 Baxış
Ən çox yoluxma yenə Binəqədidədir
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.

Medicina.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, bu rəqəm Binəqədidə 14,7 % təşkil edir.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.