Ən dəhşətli xərçəng növünün tualetdə görünən - 6 əlaməti

  • 2026.06.10 18:20
  • 106 Baxış
Ən dəhşətli xərçəng növünün tualetdə görünən   -  6 əlaməti


Ən hiyləgər və ölümcül xərçəng növlərindən birinin əlamətləri Böyük Britaniya Xərçəng Araşdırmaları təşkilatının Britaniya onkoloqları tərəfindən müəyyən edilib.

Medicina.az xəbər verir ki, mədəaltı vəzi xərçəngi diaqnoz qoyulması ən çətin olan növlərdən biri hesab olunur.


Onu erkən mərhələlərində aşkar etmək olduqca çətindir. Böyük Britaniya Xərçəng Araşdırmaları təşkilatının məlumatına görə, siqaret çəkmək bu xərçəngin inkişafına təsir göstərir.

Təşkilatın mütəxəssisləri bildiriblər ki, "Mədəaltı vəzi xərçənginin demək olar ki, hər üç halından biri (təxminən 30 faizi) siqaret çəkməklə əlaqələndirilə bilər".

Onkoloqlar tualetdə müşahidə edilə bilən mədəaltı vəzi xərçənginin əlamətlərini müzakirə ediblər.

Solğun, yağlı nəcis

Mədəaltı vəzindəki şiş, xüsusilə qidadan yağların sorulmasını pozaraq həzm prosesinə təsir göstərə bilər. Nəticədə, nəcis xeyli solğun və yağlı olur.

Unitazda Üzən nəcis

Yağ düzgün həzm olunmadığı və əsasən nəcisdə qaldığı üçün nəcis üzən hala gəlir və əvvəlki kimi yuyulmur.

"Üzən nəcis də mədə-bağırsaq xəstəliklərinin, mədə infeksiyalarının və ya laktoza dözümsüzlüyünün əlaməti ola bilər. Hər halda, bu həkimə müraciət etməyi tələb edir."

Kəskin qoxu

Güclü, xoşagəlməz nəcis qoxusu müəyyən qida maddələrindən və ya hormonal dəyişikliklərdən qaynaqlana bilər - bu, mütləq xərçəng deyil. Mədəaltı vəzi xərçəngində qoxu xüsusilə pisləşir, lakin nəcis də daha qabarıq görünür.

İshal

Xərçəngin inkişafı mədəaltı vəzinin qidanı həzm etmək üçün kifayət qədər ferment istehsal etməsinə mane olur. Nəticədə, yeyilən hər şey həzm sistemindən daha tez keçir və yarı maye kütlə şəklində çıxır.

Qəbizlik

Mədəaltı vəzi xərçəngi olan bir çox xəstə həzm normal fəaliyyətini dayandırdığı üçün qəbizlikdən əziyyət çəkir. Çox vaxt ishal dövrləri qəbizlik dövrləri ilə əvəz olunur.

Təcili defekasiya istəyi

Bağırsaqları boşaltmaq üçün təcili ehtiyac, xüsusən də yeməkdən dərhal sonra, tualetdə nəzərə çarpan xərçəngin başqa bir mümkün əlamətidir.
"Gündə üç dəfədən çox sulu nəcis həkimə müraciət etmək üçün çox ciddi bir səbəbdir."

Onkoloqlar aydınlaşdırdılar ki, bu əlamətlər uzun müddət -3 həftədən çox davam edərsə, xərçəngə işarə etmə ehtimalı daha yüksəkdir.

Aygün Musayeva