Ən təhlükəli burun trendi "Barbie nose"dur.
Medicina.az xəbər verir ki, bunu lor, üz estetik cərrahı Qəhrəman Qəhrəmanov bildirib.
O, qeyd edib ki, bu, nəfəs problemlərinə aparan ən yayğın yoldur:
"Danışılmayan bir həqiqət var: "Barbie nose" əməliyyatı edənlərin çoxu geri qayıdır. Amma bu dəfə estetik cərraha yox, lor həkiminə. Təəssüf ki, bu cür əməliyyatları gənc, təcrübəsi olmayan, kariyeriyasının əvvəlində olanlar icra edirlər. Texniki baxımdan burnu kiçiltmək çox asandır. Amma burnun funksional anatomiyasını qorumaq yüksək bilik və illərin təcrübəsini tələb edir. Burun həddindən artıq kiçildikdə daşıyıcı strukturlar kəsilir, klapanlar zəifləyir və burnun funksiyaları pozulur".
Aygün
Medicina.az