Yay süfrələrinin sevilən meyvələrindən olan əncir botaniki baxımdan düşündüyümüz kimi adi meyvə deyil. Əslində, onun içərisində yüzlərlə xırda çiçək yerləşir.
Medicina.az Fransız mətbuatına istinadla xəbr verir ki, botaniklər ənciri bir çiçəyin yumurtalığından yaranan meyvə deyil, çoxsaylı çiçəklərin birləşməsindən əmələ gələn qapalı çiçək quruluşu hesab edirlər. Bu quruluşa “sikonium” deyilir.
Ənciri iki yerə böldükdə gördüyümüz şirin ət hissəsi əslində çiçəkləri əhatə edən quruluşdur. İçəridə dişimizə gələn xırda dənələrin hər biri isə əslində kiçik meyvəciklərdir.
Bu xüsusiyyət həm də əncir ağacının çiçəklərinin niyə gözə görünmədiyini izah edir: çiçəklər budaqların üzərində deyil, əncirin daxilində inkişaf edir.
Yəni süfrəyə qoyduğumuz əncir, botanika baxımından bir meyvədən çox, yüzlərlə çiçəyi və kiçik meyvəciyi özündə birləşdirən unikal quruluşdur.
Xanım,
Medicina.az