Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə təyinat - FOTO

  • 2026.05.13 13:50
  • 98 Baxış
Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə təyinat -  FOTO

Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Qəhrəmanova Dinar İlqar qızı təyin edilib.

Medicina.az xəbər verir ki, D.Qəhrəmanova 2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsində həkim işləyib.

2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.