Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri vəfat edib.
Medicina.az xəbər verir ki, uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərmiş, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Təşkilat və sosial gigiyena monitorinqi şöbəsinin müdiri Şəkuri Şervin Bexruzoviç vəfat edib.
25 avqust 1957-ci ildə anadan olmuş mərhum 22 aprel 1987-ci ildən Respublika Gigiyena və Epidemiologiya Mərkəzində çalışmış, 1 noyabr 2019-cu ildən isə Təşkilat və sosial gigiyena monitorinqi şöbəsinin müdiri vəzifəsini icra etmişdir.
Uzun illər səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyətə və xidmətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MİOH/1.3-3.1-2022-165 nömrəli 14.07.2022-ci il tarixli Əmrinə əsasən “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!
Aygün
Medicina.az