Ər-arvad 30 il lotoreya aldılar – Bu il cek-pot uddular

  • 2026.05.18 22:35
  • 119 Baxış
Ər-arvad 30 il lotoreya aldılar  – Bu il cek-pot uddular



Texas ştatının Riçardson şəhərindən olan evli cütlük heç vaxt Quick Pick lotereya tirajını qaçırmayıb. 30 il ərzində hər dəfə şanslarını sınamaq üçün bilet alıblar.


Və bu cür sədaqət öz bəhrəsini verməli idi.


Medicina.az xəbər verir ki, cütlük aprel ayında aldıqları biletlə 41 milyon dollar dəyərində mükafat uddualr. Daha sonra ər etiraf etdi ki, xəbərdən sonra bütün gecə yata bilməyib.


Cütlüyün pulla nə edəcəyinə gəlincə, onların planlarının bir hissəsi qohumlarına kömək etməkdir. Qaliblər həmçinin mükafatı mütləq səyahət üçün istifadə etmək istəyirlər.


Aygün Musayeva