Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi - FOTO

  • 2026.06.01 23:03
  • 209 Baxış
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi -  FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10-cu nəvəsi dünyaya gəlib.

Medicina.az xəbər verir ki, Ərdoğanın ailəsində böyük sevinc yaşanıb.

2016-cı ildə evlənən Səlcuq və Sümeyye Ərdoğan Bayraktar bu doğuşla üçüncü dəfə valideyn olmağın həyəcanını yaşayıb.


Ərdoğan ailəsində Esra Ərdoğan Albayrak və Berat Albayrakın 4, Bilal Ərdoğan və Reyyan Ərdoğanın isə 3 övladı var. Sümeyye və Səlcuq Bayraktarın üçüncü övladının dünyaya gəlməsi ilə Prezident Ərdoğanın ümumi nəvə sayı 10-a çatıb. Yeni doğulmuş körpənin və ananın sağlam olduğu bildirilib.



Aygün
Medicina.az