Dubayın Julith Coffee şirkəti dünyanın ən bahalı qəhvəsi olduğunu iddia edən nadir bir növ qəhvə satışa çıxarıb.
“Medicina” xəbər verir ki, bu içkini bu qədər xüsusi edən Nido 7 xəttinin Geisha qəhvə dənələridir. Bu nadir və elit növ Panamanın qərbindəki Baru dağının vulkanik yamaclarında yetişdirilir. Fermerlər onu kiçik mikrolotlarda (lotlarda) yığırlar və hər yığımda cəmi bir neçə kiloqram əldə edilir.
Bu yaxınlarda Panamada 20 kiloqram Nido 7 qəhvəsi hərraca çıxarıldı və Julith Coffee kafesinin nümayəndələri 549 təklifdən sonra 2,2 milyon dirhəmə (48,35 milyon rubl) premium qəhvəni satın ala bildilər.
Kafe bu partiyadan bir neçə yüz fincan qəhvə hazırlamağı planlaşdırır. Biri Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktum üçün ayrılıb, qalanı isə ziyarətçilərə təqdim ediləcək. Hər fincanın qiyməti 3600 dirhəmə - 1560 manat olacaq.
"Nido 7 Geisha, planetdə yalnız bir neçə insanın dada biləcəyi gözəl bir qəhvədir və indi ilk dəfə olaraq Dubayda içmək mümkündür", - deyə Julith Coffee-nin baş qovurucusu Serkan Sagsöz bildirib.
"Çünki çox az qalıb, hər fincan tarixin bir parçası kimi hiss olunur. Bir gün Əlahəzrət Şeyx Məhəmməd üçün qəhvə hazırlamaq böyük şərəf olardı."
Serkan Sagsözə görə, içkidə ağ çiçəkli jasmin notları, portağal, berqamot, sitrus və ərik və şaftalı notları olacaq.
Aygün Musayeva