Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əri tərəfindən güllənən qadının vəziyyəti

  • 2025.07.17 18:03
  • 113 Baxış
Əri tərəfindən güllənən qadının vəziyyəti



Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən 1987-ci il təvəllüdlü qadının vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə iyulun 16-da saat 13:30 radələrində baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub:

"Zərərçəkmiş əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hazırda orta ağır qiymətləndirilir".


.