İstanbulun Esenyurt şəhərində bir qadın ərinin iş yerinə gedib və qarışıqlıq yaradıb. O, qonşu mağazada işləyən gənc qızı əri ilə münasibətdə olmaqda ittiham edərək dəfələrlə bıçaqlayıb.
Medicina.az xəbər verir ki, Esenyurtda əqli cəhətdən qüsurlu qadın ərinin iş yerinə gedib və qısqanclıq üzündən qonşu mağazada işləyən gənc qızı dəfələrlə bıçaqlayıb.
Hadisə dünən Esenyurt şəhərinin Fatih məhəlləsində baş verib. İddialara görə, qadın ərinin ona xəyanət etdiyini düşünərək işə gedib. Qonşu mağazada işləyən gənc qızı görən qəzəblənmiş qadın mağazaya gedib və "Ərimlə xəyanət edirsən?" deyərək mübahisəyə başlayıb.
Gənc qız qadına "Mən sənin ərini tanımıram" desə də, qadın ona inanmadı. Qadın 4-5 yaşlı qızı ilə birlikdə mağazadan çıxdı və qısa müddət sonra bıçaqla geri qayıtdı.
Bu dəfə qadın qapının qarşısında dayanan uşağına məhəl qoymadan gənc qıza bıçaqla hücum etdi və bu da məkanı qan gölünə çevirdi. Bir dükan sahibi gənc qızın kömək üçün fəryadını eşidəndən sonra hadisə yerinə qaçdı və qan içində olan qızı xəstəxanaya apardı.
Ər arvadını sakitləşdirməyə çalışarkən, qadın ona şillə vurmağa başladı. Gənc qızın həyatı üçün təhlükə olmadığı və hücum edən qadının polis tərəfindən saxlanıldığı məlum oldu. Hadisənin anları kameraya düşdü.
Aygün