Son zamanlar dünyada qadınlarda erkən menopauza başlaması artıb.
Alimlər bunun baş verməsində məişətdə çox istifadə edilən kimyəvi maddələıri günahkar bilir.
“Medicina” xəbər verir ki, bu günə qədər 26.000 qadının iştirak etdiyi elmi araşdırmada yüksək səviyyədə perfluorokarbonlar (PFC) erkən menopauzanın başlanğıcına təsir göstərdiyi sübut olunub.
Qida qablarından tutmuş geyimə qədər müxtəlif gündəlik əşyalarda və yuyucu vasitələrdə olan kimyəvi maddələr erkən menopoza səbəb ola bilər.
Qərbi Virciniya Universiteti Tibb Fakültəsindən Dr Sarah Knox deyib:
"Şübhəsiz ki, qadınların PFC-lərə məruz qalması ilə menopauzanın başlanğıcı arasında birbaşa əlaqə var. Postmenopozal qadınların bədənlərində PFC-nin səviyyəsi daha yüksəkdir, çünki onlar artıq menstrual mayedə onları ifraz etmirlər".
Alimlər müəyyən ediblər ki, 42-64 yaş arası qanında yüksək PFC səviyyəsi olan qadınların menopauzaya girmə ehtimalı daha yüksəkdir. Bu qadınlarda PFC səviyyəsi aşağı olan qadınlarla müqayisədə qadın cinsi hormonu estrogeninin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı idi.
Bu maddə təkcə plastik əşyalar və geyimlərdə deyil, həm də mebel, xalça və boyada olur. PFC-nin geniş istifadəsi onun suda, havada, bitkilərdə, heyvanlarda və insanlarda toplanmasına səbəb olub. İndi artıq kənd yerlərində də PFC-ə rast gəlmək olur.
Aygün Musayeva