Ermənistanda bir sutkada 187 nəfər koronavirusa yoluxdu

  • 13 Sen 2020 14:03
  • 3855 Baxış
Ermənistanda bir sutkada 187 nəfər koronavirusa yoluxdu
Ermənistanda son sutka ərzində 187 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 862-yə çatıb.

Son sutkada virusdan daha 5 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 916-ya çatıb.


X