Ermənistanda çikunqunya virusu aşkarlandı

  • 2026.02.20 16:16
  • 113 Baxış
Ermənistanda çikunqunya virusu aşkarlandı


Ermənistanda ilk çikunqunya qızdırmasına yoluxma halı aşkar edilib.


Medicina.az xəbər verir ki, pasiyent Seyşel adalarında ağcaqanad sancması nəticəsində virusa yoluxub. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.


Xəstəliyin inkubasiya dövrü iki gündən 12 günədək davam edir. Əsas simptomlara yüksək hərarət, şiddətli oynaq və əzələ ağrıları, dəri səpgisi və halsızlıq daxildir.

İnfeksiya insandan insana ötürülmür. Xəstəliyin spesifik müalicəsi yoxdur, peyvənd isə geniş yayılmayan və təsiri az olan bir üsuldur. Risk qrupuna yaşlılar, xroniki xəstəlikləri olan insanlar və hamilə qadınlar daxildir.

Ölüm halları nadir olur və yoluxanların təxminən 0.1%-ində (əsasən yaşlılarda və xroniki xəstəlikləri olanlarda) müşahidə edilir.