Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və digər yüksək rütbəli hərbçilər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxublar.
Medicina.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.
Bildirilib ki, yoluxma səbəbi ilə Ermənistan Silahlı Qüvvələrinin 30-cu ildönümü münasibəti ilə yanvarın 28-də keçirilməsi planlaşdırılan rəsmi qəbul təxirə salınıb.
Xatırladaq ki, çərşənbə günü Ermənistanın Baş naziri Nikol Paşinyan da koronavirusa yoluxduğunu və xəstəliyin simptomsuz keçdiyini bəyan edib.