Ermənistanın “Cermuk”suyunu içən kişi öldü

  • 2024.02.13 17:06
  • 813 Baxış
Ermənistanın  “Cermuk”suyunu içən kişi öldü

Ermənistan istehsalı olan “Сermuk” mineral suyunu içən kişi ölüb.

"Medicina" xəbər verir ki, Rusiyada marketdən bu suyu alıb içən kişinin qida borusu yanıb. Məlum olub ki, şüşədə su yox, sirkə turşusu olub.

Xəstəxanaya aparılsa da xəstə ölüb.

Rusiya Federasiyası İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) təhlükəsizlik yoxlamaları üçün Ermənistanın Cermuk şəhəri yaxınlığında yerləşən mineral suyun satışını bir müddət dayandırıb.


Aygün M