“Ərzaq və dərman durmadan bahalaşır” - Millət vəkili

  • 2022.11.18 14:21
  • 1415 Baxış
“Ərzaq və dərman durmadan bahalaşır”    - Millət vəkili


“Azərbaycanda ərzaq mallarının və dərman vasitələrinin qiymətləri durmadan artır”.

"Medicina" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

“Bunun qarşısı alınmalıdır. Hökumət bu istiqamətdə fəaliyyətini davam etdirir.

Təklif edirəm ki, bu məhsulların idxalı üçün əlavə dəyər vergisi və gömrük rüsumu müvəqqəti dondurulsun. Ümidvaram ki, Azərbaycan və ümumilikdə dünya qısa müddətdə bu vəziyyətdən çıxacaq. Müvəqqəti addımlar atmaqla insanların həyat şəraitinə müsbət təsir göstərmiş olarıq”, - deyə o, qeyd edib.