Əsəbləşəndə şirniyyat yeyənlər nə istəyir?

  • 2023.06.20 18:58
  • 1083 Baxış
Əsəbləşəndə şirniyyat yeyənlər nə istəyir?
Xroniki stress beyində şirin və yağlı qidalara olan istəyi birə beş artırır. Bu da orqanizmdə zərərli toksinlərin toplanmasına səbəb olur.


Tədqiqatçılar siçanlar üzərinədə apardığı araşdırma nəticəsində bu qənaətə gəliblər.

“Medicina” xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryovanın sözlərinə görə, xroniki stress beyində normal olaraq qida əyləci kimi fəaliyyət göstərən dövrəni bloklayır. Dayanma siqnalı olmadıqda, stress altında olduğunuzda, şəkərli və yağlı qidalara mükafatlandırmaq üçün həddindən artıq ehtiyac yaranır.


“Uzun müddətli stress təkcə psixoloji problemlər yaratmır və xəstəliyə səbəb ola bilər.

Çünki daimi stress tez-tez şirniyyatlara, çipslərə və ya nəzarət etmək çətin olan sağlam olmayan qidalara həvəs yaradır.
Tədqiqat zamanı stresli siçanlar eyni yüksək yağlı pəhriz yeyərkən stressiz siçanlardan iki dəfə çox çəki qazanıblar. Stress çəkinin də artmasına da səbəb olub.


Stressli siçanlar yağsız pəhrizlə qidalandıqda onların iştahı daha az artıb. Bu stressin təkcə aclıq hissini doyurmaq üçün sadəcə yemək istəyidiyni yox, şirin qidalar istədiyini göstərir”.

Aynurə Məmmədova