Əsəs hədəfimiz Azərbaycanda orta ömür müddətini artırmaqdır – Vüqar Qurbanov

  • 2025.11.20 15:32
  • 204 Baxış
Əsəs hədəfimiz Azərbaycanda orta ömür müddətini artırmaqdır  – Vüqar Qurbanov


Azərbaycanda insult olan insanları ilk 24 saatda xilas etmək üçün insult mərkəzləri yaradılacaq.

Növbəti ildə Yeni Klinikada böyük insult mərkəzi istifadəyə veriləcək. Bu mərkəzdə xəstələrə ilkin invaziv müdaxilə, yardım, müalicə ilə yanaşı xəstə reanimasiyada olduğu müddətdə belə artıq ona reabilitasiya xidməti göstəriləcək. Azərbaycanda bu ilk olacaq.

“Medicina” xəbər verir ki, Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi açılışında bu barədə TƏBİB sədri Vüqar Qurbanov məlumat verib.


“Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.
Təbii ki, bizim gələcək üçün ən əsas hədəfimiz Azərbaycanda orta ömür müddətini qaldırmaq, eləcə də əlilliyin səviyyəsini azaltmaqdır.

Belə yanaşma olduqda, xəstələr əlillikdən yayınır, tez bərpa olur, sağlam cəmiyyətə yararlı olur”.

Aygün Musayeva