Ət az yeyənlərdə depressiya olur - Alimlər

  • 2022.10.12 15:18
  • 2055 Baxış
Ət az yeyənlərdə depressiya olur  - Alimlər

Vegeterian tip qidalanma, ətdən imtina və ya ət az yemək insanın beyin və ruh halını pozur.

"Medicina" xəbər verir ki, Braziliya alimləri ətlə depressiya arasında əlaqəni araşdırıb.

Onlar bildirir ki, tərəvəz yeyənlərdə depressiya daha çox rast gəlinir.

Ətsiz qidalanma orqanizmi zülal və triptofandan məhrum edir.

Belə insanlar ətrafdan tez qıcıqlanır, insanlarla yola gedə bilmir.

Alimlər heç olmasa həftədə 2-3 dəfə ət yeməyi tövsiyə edir.

Aygün Musayeva