Ətdən imtina depressiya və təşviş pozuntusuna səbəb olur

  • 2021.10.16 17:41
  • 1771 Baxış
 Ətdən imtina depressiya və təşviş pozuntusuna səbəb olur

Ət yeməyi xoşlayanlar arasında depressiya, nevroz, təşviş pozuntusundan əziyyət çəkənlər vegetarianlara nisbətən daha azdır.

Medicina.az xəbər verir ki, ABŞ İndiana ştatının universitetit alimləri yeni elmi məqalələrində bu barədə açıqlama ediblər.
Onlar 20 elmi işin nəticələrində psixika ilə qidalanmanın əlaqəsini araşdırıblar.

Bu araşdırmalarda ümumi 172 min nəfər iştirak edib, onlardan 14 mini ət yeməyən vegeterian idi.

Nəticələr göstərib ki, cinsindən, yaşından və ölkəsindən asılı olmayaraq, ətdən imtina edən, hətta normadan dəfələrlə az yeyən, ət xoşlamayan insanlar daha çox depressiya, psixi problemlər və təşviş həyəcandan əziyyət çəkir.

Alimlər səbəb-əlaqəni dəqiq tapmasalar da, belə qənaətə gəliblər ki, ya psixi pozuntusu olanlar və depressiyaya meyilli insanlar buna görə ətdən imtina edir, ya da ətdən imtina etdiklərinə görə depressiyaya düşüblər.


Heyvan mənşəli yağ və zülalda olan triptofan beyində xoş hormonları oyadır. Ona görə heyvan əti yeməyənlərdə ciddi depressiv vəziyyət ola bilər.