Ətli doğramac – Kişilər çox bəyənir – RESEPT

  • 2019.05.21 18:13
  • 12336 Baxış
Ətli doğramac – Kişilər çox bəyənir –  RESEPT
Yay gələndə göyərtili qatıqlı, xiyarlı doğramac yay şorbası kimi gündə hazırlanır.

Amma doğramac, rusların okroşka dedikləri bu təamın onlarla fərqli növü var.


Ukrayna və Rusiyada onu mal ətindən hazırlayırlar. Çox dadlı, tutumlu, xüsusən kişilərin sevdiyi növdür.


Medicina.az ətli doğramacın reseptini təqdim edir:


Ərzaqlar:


Mal əti – 200 qr

Kartof – 2 ədəd

Qırmızı turp – 4 ədəd

Xiyar – 1ədəd

Yumurta -2 ədəd

Yaşıl soğan, şüyüd, cəfəri – Yarım dəstə hərəsindən

Qatıq, xama

Su – 1 stəkan

Duz, istiot


Hazırlanması:


Ət, yumurta, kartof suda bişirilir, soyudulur. Ət ya kubik doğranılır, ya da didilir. Xiyar qabığı soyulur, qırmızı turpla birgə xırda kub doğranılır. Göyərtilər xırdalanır. Hamısı bir qabda birləşdirilir, duz, istiot səpilir. Ayrıca qatıq qarışdırılır, üzərinə 1 stəkan su alınır və xama qatılır. Ərzaqlar bura əlavə olunur, taxta qaşıqla bir iki dövr qarışdırılır. 


Ruslar bunu soyuq kvasla hazırlayır. Ortasına xama qoyur.

Çox dadlıdır, bütün ailə üçün doyumludur.