Türkiyədə Bursa şəhərində bələdiyyə qrupları bir evdən gələn pis qoxu və zərərvericilərin yayılması barədə xəbərə reaksiya veriblər. Komandalar evdən 20 ton zibil çıxarıb, evi və ətrafını təmizləyiblər.
Medicina.az xəbər verir ki, Bursanın Osmanqazi bölgəsindəki Tahtakale məhəlləsinin sakinləri bələdiyyəyə bir evdən gələn pis qoxu və zərərvericilərin yayılması barədə məlumat veriblər.
Osmanqazi Bələdiyyəsi Polis İdarəsi və Təmizlik Xidmətləri İdarəsinin qrupları ünvana gediblər.
Lazımi prosedurları yerinə yetirdikdən sonra qruplar evə daxil olublar.
Çoxlu miqdarda tullantı yığılmış evdən təxminən 20 ton zibil çıxarılıb.
Zibillərin daşınmasından sonra ev və ətrafı təmizlənib.
Sakinlərin uzun müddətdir şikayət etdiyi pis qoxu problemi həll edilib.
Aygün
Medicina.az