Evinin qarşısında qardan maşın və gəmi düzəltdi - FOTO

  • 2026.01.07 20:50
  • 377 Baxış
Evinin qarşısında qardan maşın və gəmi düzəltdi -  FOTO

Türkiyədə bir vətəndaş evinin qarşısında qardan avtomobil və gəmi düzəldib.

Medicina.az xəbər verir ki, Sivasın Arpaözü kəndində yaşayan Sözay Aslan evinin qarşısında qardan bir avtomobil və bir gəmi düzəldib.

Sözay Aslan evinin qarşısında qar arabası və gəmi hazırlayarkən yerli avtomobilin yeni modeli TOGG və TCG Anadolu gəmisindən ilhamlandığını söyləyib.



Aslan avtomobilin və gəminin görənlərin diqqətini çəkdiyini və kənd sakinlərinin xatirə şəkilləri çəkdirdiyini bildirib.

Şəkillər sosial mediada da müzakirə mövzusuna çevrilib.

İstifadəçilər şərhlərində Aslanın istedadına diqqət çəkiblər.

Aygün
Medicina.az