Eynək taxanlar daha ağıllıdır - Alimlərdən SƏBƏB

  • 2022.09.14 15:54
  • 395 Baxış
Eynək taxanlar daha ağıllıdır  - Alimlərdən SƏBƏB



Alman psixoloqları yaxından görmə problemi olan və uşaqlıqdan eynək taxanların ideal görməsi olanlara nisbətən daha ağllı və intelektual olduğunu sübut edib.


Əbəs yerə el arasında eynəkli uşaqlar ağıllı, savadlı olur ifadəsi də yaranmayıb.

"Medicina" xəbər verir ki, 3600 nəfəri əhatə edən elmi tədqiqatda Maynçça universitetinin alimləri insanın görməsi ilə onun intellekt səviyyəsini və əlaqəsini müəyyən edib.

Məlum olub ki, yaxından görənlər daha ağıllı, bilikli və savadlı olur.

Ekspertlər intelekt və təhsilə sərf olunan vaxtla görmə arasında ciddi əlaqə olduğunu sübut ediblər.

Uşaqlıqdan çox kitab oxumaq, təhsilə çox vaxt sərf etmək, yazmaq, kompüterdə çox vaxt keçirmək görməni zəiflədir və yaxından görmə yaradır. Nəticədə bu uşaqlar eynəyə keçir.


Ona görə insanın ağllı olmasına səbəb eynək yox, eynəkdən öncə zehni qabiliyyətinin olmasıdır. Sadəcə belə adamların gözü tez sıradan çıxır.

Aygün Musayeva