Ötən gün vəfat edən türkiyəli sənətçi Fatih Ürekin vəsiyyəti açıqlanıb.
Medicina.az xəbər verir ki, iki il əvvəl qatıldığı bir proqramda Fatih Ürek səmimi açıqlamalar verərək sənədli təklif aldığını və vəsiyyətnaməsi olduğunu qeyd edib:
"Əslində, mən bunu bir yerə yazmışam, yəqin ki, hələ də oradadır. Amma hər il nəsə dəyişir. Öz adıma bir fond istəyirəm. Yaxşı bir şey, xeyriyyəçi bir şey. Həyatımda ən çox istədiyim şey adıma bir məktəb tikilməsidir. Məktəb istəyirəm. Məktəblərə ehtiyacımız var. Uşaqları görəndə ağlayıram. Bəlkə də qocaldığım üçündür?"
Ölümü pərəstişkarlarını və sənət dünyasını kədərləndirən məşhur sənətçinin ölümündən əvvəl qatıldığı bir proqramdan son sözləri sosial mediada müzakirə mövzusuna çevrilib:
"Hər şeydən çox bezmişəm. İnanın mənə, çox bezmişəm. Tıxacdan, insanlardan bezmişəm. İnsanlar pisdir. Heç kimi görmək, heç kimlə görüşmək istəmirəm. İndi çox xoşbəxtəm. Hər şey mənə saxta görünür. Sanki bitmişəm. Çünki başqa bir məqsədim qalmayıb. Çöldəki kimi deyiləm. Evdə hətta cırıq köynəklərdə otururam. Çox tənha bir insanam."
Qeyd edək ki, 15 oktyabrda infarkt keçirdikdən sonra reanimasiyaya yerləşdirilən türkiyəli sənətçi Fatih Ürek dünən gecə vəfat etdi.
Fatih Ürekin müalicə olunduğu xəstəxana aşağıdakı açıqlamanı yaydı:
"15 oktyabr 2025-ci ildə evdə ürək tutması keçirdikdən sonra xəstəxanamıza qəbul edilən və o vaxtdan bəri müalicə alan hörmətli sənətkarımız Fatih Ürekin 30 yanvar 2026-cı ildə vəziyyəti qəfil pisləşdi.
İnfarkt keçirən sənətkarımıza həkimlərimiz və tibb işçilərimiz tez bir zamanda kömək etdilər və bütün lazımi qabaqcıl həyat dəstək müalicələri edildi. Lakin təəssüf ki, heç bir nəticə alınmadı. Bütün səylərə baxmayaraq, xəstəmiz müdaxilələrə müsbət cavab vermədi və saat 20:30-da vəfat etdi. Sənətkarımız Fatih Ürekin ailəsinə, qohumlarına və pərəstişkarlarına başsağlığı veririk."
Aygün
Medicina.az