Fərqli yay pizzası: əsas inqrediyent qarpızdır

  • 2026.08.25 20:27
  • 87 Baxış
Fərqli yay pizzası: əsas inqrediyent qarpızdır

Məşhur aşpaz Laurent Mariotte bu yay pizzanı xəmir və soba olmadan hazırlayıb.

Medicina.az xəbər verir ki, onun reseptində qalın qarpız dilimi manqalda qızardılır, daha sonra üzərinə rukola, qara zeytun və təzə keçi pendiri əlavə olunur.

Qarpız əvvəlcə rozmarin və duzla 30 dəqiqə saxlanılır, sonra zeytun yağı ilə yağlanaraq təxminən 220°C-də 10 dəqiqə qızardılır. Hazır olduqdan sonra üzərinə digər ərzaqlar əlavə edilərək 6 hissəyə bölünür.

Yay süfrəsi üçün həm fərqli, həm də sərinləşdirici alternativdir.

Xanım,
Medicina.az