Flora Kərimova həkimini paylaşdı – “Xəstə ürəyimi etibar etdiyim”

  • 2026.01.05 19:48
  • 422 Baxış
Flora Kərimova həkimini paylaşdı  – “Xəstə ürəyimi etibar etdiyim”



Xalq artisti Flora Kərimova ürək həkimi ilə bağlı paylaşım edərək, bayramöncəsi bu günkü sağlığının səbəbkarını açıqlayıb.


“Medicina” xəbər verir ki, 94 yaşlı xalq artisti bir neçə dəfə ürək-damar sistemi səbəbindən müalicələr alıb. Son televiziya çıxışında o, həkimlərin diqqətində olduğunu və hətta yaşamaqdan yorulduğunu bildirmişdi.


Flora Kərimova Avrasiya hospitalın baş həkimi, tanınmış kardioloq Azər Nağıyevlə fotosunu paylaşaraq, “Bugünkü sağlığımı, xəstə ürəyimi etibar etdiyim, bu yaşımın bütün dəymədüşərliyimi çəkən gözəl həkimim …” şərhini yazıb.

Medicina.az