Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

FORTİS GROUP Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

  • 2020.03.22 14:25
  • 1706 Baxış
FORTİS GROUP Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı


Tikinti materialları istehsalçısı FORTİS GROUP şirkəti Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat pul köçürüb.

Bu barədə şirkətdən bildirilib.
Qeyd edilib ki, FORTİS GROUP şirkətinin rəhbərliyi və kollektivi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.