Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

  • 2020.05.10 12:36
  • 3974 Baxış
Fransada fövqəladə vəziyyət rejimi uzadıldı
Fransa parlamenti koronavirusla bağlı vəziyyətə görə səhiyyə sahəsində fövqəladə vəziyyətin iyulun 10-dək uzadılmasına dair qanun layihəsini qəbul edib.

Daha əvvəl fövqəladə sanitar vəziyyət haqqında qəbul olunmuş qanun martın 24-də qüvvəyə minib. Bu rejim iki ay müddətinə tətbiq edilib (mayın 24-dək).

Qarışıq paritet komissiyasında deputatlar və senatorlar arasında hazırlanmış razılaşmadan sonra Milli Məclis (parlamentin aşağı palatası) səhiyyə sahəsində fövqəladə vəziyyətin uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Daha əvvəl qanun layihəsi Fransa Senatında təsdiqlənmişdi.

Son məlumatlara görə, Fransada koronavirus qurbanlarının sayı 26,3 min nəfəri ötüb. Hazırda xəstəxanalarda koronavirus xəstəliyinə tutulmuş 22 614 nəfər qalır ki, onlardan da 2 812-si reanimasiya şöbələrindədir.