Fransada virusdan ölənlərin sayı kəskin artıb

  • 2020.04.04 08:41
  • 1884 Baxış
Fransada virusdan ölənlərin sayı kəskin artıb
Fransa xəstəxanalarında daha 1120 koronaviruslu pasiyent dünyasını dəyişib.

Bununla da virusdan ölənlərin ümumi sayı 6 507-yə çatıb.


Bu barədə ölkənin Səhiyyə rəsmisi Jerom Salomon məlumat verib. O, ölənlərin 83 %-nin 70 yaşdan yuxarı insanlar olduğunu deyib. Bundan əlavə, onun sözlərinə görə, martın 1-dən indiyədək 3 000 qocalar evində 1416 nəfər dünyasını dəyişib, 14 mindən çox pasiyent sağalıb və xəstəxanaları tərk edib.

Ümumilikdə Fransada 64 338 nəfər koronavirusa yoluxub.